YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat nazirinin müavini: Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır

Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ilə əməkdaşlığımız böyük önəm kəsb edir. Bu ilin ilk iki ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin 42 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev aprelin 7-də Bakıda keçirilən "Avropa İttifaqının Tvinninq layihəsinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş konfrans"da deyib.

Nazir müavini qeyd edib ki, indiyədək Azərbaycanda reallaşdırılan 45 Tvinninq layihəsindən 26-sı uğurla tamamlanıb, 12 layihə hazırda icra edilir, 7 layihə üzrə isə sənədlər hazırlanır.