YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Dərman vasitələri ilə bağlı qanuna vaxtaşırı dəyişikliklər edilir və bu ictimai sifarişlə bağlı bir məsələdir

«Dərman vasitələri ilə bağlı qanuna vaxtaşırı dəyişikliklər edilir və bu ictimai sifarişlə bağlı bir məsələdir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. 

Ə.Əmiraslanov bildirib ki, ölkə  Prezidentinin tapşırığı ilə dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, qiymətinin tənzimlənməsi sahəsində mühüm işlər görülüb. Onun sözlərinə görə, «Dərman vasitələri haqqında» qanuna nəzərdə tutulan dəyişikliklər də bu sahədə vəziyyətin təkmilləşdirilməsinə xidmət edir.

«Nəzərdə tutulan dəyişiklik “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır. Dəyişikliyə görə, Azərbaycan Respublikasında istehsal olunan və ölkəyə idxal edilən dərman vasitələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sertifikatlaşdırılır. Eyni zamanda, qanuna 7.1-1-ci maddə əlavə olunur. Əlavədə bildirilir ki, burada nəzərdə tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanun ilə müəyyən olunmuş qaydada həyata keçirilir»- deyə, komitə sədri vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv