YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq Bakı Marafonunda 10 min nəfərin iştirak edəcəyi gözlənilir

Aprelin 7-də “Bakı Marafonu 2017”nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.

Mətbuat konfransında “Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov aprelin 30-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq “Bakı Marafonu 2017”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq barədə ümumi məlumat verib.

A.Əhmədov vurğulayıb ki, marafon “Küləyə qalib gəl” şüarı altında keçirilir: “Marafonda iştirak üçün qeydiyyat prosesi fevralın 10-dan başlayıb və aprelin 20-dək davam edəcək”.

Onun sözlərinə görə, marafonda iştirak üçün aprelin 7-dək 6385 nəfər qeydiyyatdan keçib: “Builki marafonda 10 minə qədər iştirakçının olacağı gözlənilir”.

A.Əhmədov bildirib ki, “Bakı Marafonu 2017” yarışında qaliblərin mükafatlandırması iki kateqoriyada – kişi və qadınlar üzrə aparılacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yerin sahibi isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcək:

Daha sonra jurnalistləri maraqlandıran suallara cavab verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın marafonda iştirakı ilə bağlı sualı cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva bildirib ki, Leyla Əliyeva da qeydiyyatdan keçən iştirakçılar arasındadır: “Əlbəttə ki, Leyla Əliyevanın iştirak edib-etməyəcəyini indidən söyləyə bilmərik, ancaq qeydiyyatdan keçən iştirakçılar sırasındadır”.

DİGƏR Xəbərlər Arxiv