YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Əbdülfəttah əs-Sisi: Misir ilə Azərbaycanı bir-birinə bağlayan möhkəm əlaqələr mövcuddur

Ötən illər ərzində Misir ilə Azərbaycan arasında bir çox sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələr inkişaf edib. Biz bu əlaqələrin ölkələrimiz arasında mövcud olan yaxşı siyasi münasibətlər səviyyəsinə yüksəlməsi üçün çalışırıq.

Bu fikirlər Prezident Əbdülfəttah əs-Sisinin Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda öz əksini tapıb.

Misir Prezidenti ölkələrimizin hökumətlərini və xalqlarını bir-birinə bağlayan möhkəm əlaqələrin mövcud olduğunu bildirir. Dövlət başçısı qeyd edir ki, Azərbaycanın xarici işlər nazirinin 2016-cı ilin noyabrında Qahirəyə etdiyi səfər və Hökumətlərarası Birgə Komissiyanın iclasının 2017-ci ilin iyulunda Misirin paytaxtında keçirilməsi üçün görülən hazırlıq işləri ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşması istiqamətində birgə səylərimizi artırır.

Prezident Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə işlərində müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə daim tərəqqi və rifah arzu edib.