YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycanın yolu demokratiya yoludur

 «Bir sıra beynəlxalq qurumların, o cümlədən, “Human Rights Watch” təşkilatının Azərbaycana qarşı qərəzli mövqedə olması bütün cəmiyyətimizə məlumdur». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Yevda Abramov deyib. Y.Abramov bildirib ki, ölkəmizin bu təşkilatın hansısa “tövsiyələrinə” ehtiyacı yoxdur. 

«Azərbaycanın yolu demokratiya yoludur, biz hüquqi-demokratik dövlət qururuq. Ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində də daim müvafiq tədbirlər görülür. İnsan hüquqlarının təminatı dövlətimizin siyasətinin əsasını təşkil edir. Dövlətimiz bu siyasəti kiminsə xoşuna gəlmək üçün etmir, Azərbaycanın tutduğu yoldur. Ona görə də, müəyyən qüvvələrin əlində alətə çevrilən təşkilatların ölkəmiz haqqında qərəzli mövqeyinin heç bir əsası yoxdur»- deyə, komitənin sədr müavini vurğulayıb.