YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

İclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərli etdiyi nümayəndə heyəti iştirak edib.

Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasda müzakirə olunacaq məsələlər haqqında məlumat veriblər.

Şuranın iclasında “Xristianlara, müsəlmanlara və başqa konfessiyaların nümayəndələrinə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi haqqında” Bəyanat qəbul edilib.

İclasda 2016-cı ildə MDB xarici işlər nazirləri arasında keçirilən çoxmərhələli işlərə yekun vurulub və 2017-ci ilin Planı təsdiq edilib. Tədbirdə beynəlxalq təşkilatlarda informasiya sahəsində qarşılıqlı fəaliyyət, müasir təhdid və təhlükələrlə mübarizə, tərksilah və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.

Şuranın iclası başa çatdıqdan sonra Özbəkistanın və Rusiyanın xarici işlər nazirləri Əbdüləziz Kamilov və Sergey Lavrov, həmçinin MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev jurnalistlərin suallarını cavablandırıblar.

Bildirilib ki, MDB Xarici İşlər Nazirləri Şurasında sədrlik Özbəkistandan Rusiyaya keçib. Sergey Lavrov qeyd edib ki, Şuranın iclasında 15 məsələ müzakirə olunub. Müzakirəyə çıxarılan məsələlərin 10-u MDB Dövlət Başçıları Şurasının bu ilin sonunda Moskvada keçiriləcək iclasının gündəliyinə salınacaq. Vurğulanıb ki, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2017-ci il oktyabrın 10-da Moskvada keçiriləcək.

Şuranın iclasında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.