YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Estoniya vasitəsilə Skandinaviya ölkələrinə daşımalar həyata keçirəcək

Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” QSC və Estoniya Dəmir Yolları, həmçinin Estoniya limanlarından biri ilə əməkdaşlıq protokolu imzalanıb.

Bunu jurnalistlərə açıqlamasında Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb deyib.

Nazirin sözlərinə görə, imzalanan protokola əsasən iki ölkə arasında məhsullar şimaldan cənuba və əks istiqamətdə daşınacaq, o cümlədən Skandinaviya ölkələrinə daşımalar həyata keçiriləcək.

M.Korb qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsi üzrə rəqəmlər qaneedici deyil. İki ölkə arasında ticarət dövriyyəsinin qənaətbəxş olmamasına səbəb Azərbaycan və Estoniyanın məsafə baxımından uzaqda olmalarıdır.

DİGƏR Xəbərlər Arxiv