YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: QHT-lərə dövlətimiz tərəfindən ciddi dəstək verilir

«Ölkəmizdə sivil vətəndaş cəmiyyəti formalaşıb». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, bu baxımdan ölkəmiz son illər böyük nailiyətlər əldə edib. Onun sözlərinə görə, QHT-lərə dövlətimiz tərəfindən ciddi dəstək verilir.

«İstərdik ki, belə bir məsələ digər ölkələrdə də olsun. Amma Ümumrusiya Azərbaycan Konqresi kimi böyük bir təşkilatın Rusiyada ləğv olunması təhlükəsi bizi narahat edir. Biz əməkdaşlıq etdiyimiz Rusiya QHT-ləri ilə bu məsələni müzakirə etmişik. Ümid edirik ki, onlar ÜAK-a öz dəstəklərini ifadə edəcəklər. Bütövlükdə, ÜAK hər iki dövlət arasında əməkdaşlığa müsbət töhfələr verir. Ona görə də, bu problemin müsbət həll olunmasını arzu edirik»- deyə, deputat qeyd edib.