YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: Azərbaycan beynəlxalq qərarların qəbul olunduğu bir ölkəyə çevrilib

«Azərbaycan dünyada, o cümlədən regionda sülh və sabitliyin təmin olunmasına çalışır». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, Azərbaycan bu gün regional qarşıdurmaların, gərginliyin yatırılması üçün vacib addımlar atır. Onun sözlərin əgörə, dövlətimizin  xarici siyasəti dünyada və regionda sabitliyin, təhlükəsizliyin, qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmlənməsi kimi ali məqsədlərə xidmət edir.

«Son illər ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. bu tədbirlər ən müxtəlif sahələri əhatə edir. həmin tədbirlərdə dünyanı narahat edən məsələlər geniş müzakirə olunur. Bütün bunlar təsdiq edir ki, artıq Azərbaycan beynəlxalq qərarların qəbul olunduğu bir ölkəyə çevrilib. Bu amil dövlətimizin beynəlxalq nüfuzunun ifadəsidir»- deyə, Ş.İsmayılov qeyd edib.