YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviyanın naziri Roman Naudinş: Mən azərbaycanlı köklərimlə qürur duyuram

Mən azərbaycanlı köklərimlə qürur duyuram. Bu sözləri AzərTAc-ın müxbirinə müsahibəsində Latviyanın yeni təyin olunmuş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş demişdir.

Roman Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən şəhərində anadan olmuşdur. Ali təhsilini Latviyada alan İ.İbrahimov burada gələcək həyat yoldaşı ilə tanış olmuş və qalıb burada yaşamışdır. İdris İbrahimovun çoxlu nəvəsi və nəticəsi vardır. Onlara uşaqlıqdan böyüklərə hörmət, zəhmətə məhəbbət hissləri aşılayırlar. R.Naudinşin ulu babası Məmməd İbrahimov molla olub. O, həmvətənlərinin Məkkə ziyarətini təşkil edirmiş. Ulu nənəsi Ağabacı xanım Qubada anadan olub və orada yaşayıb. Naudinşlər nəslini davam etdirmək üçün Roman latış babasının xahişi ilə bu soyadı qəbul etmişdir. Romanın Paris Milli Bankında işləyən bacısı Dina isə İbrahimova soyadını daşıyır.

R.Naudinş demişdir: “Ailəmizin öz gerbi var. Bu gerb ailənin çiçəklənməsinə olan ən işıqlı ümidlərlə yaradılmışdır. Ailəmizin əsas dəyərlərini əks etdirən devizimiz isə belə səslənir: “İşimiz əlimizdə, günəş ürəyimizdədir”.

R.Naudinş demişdir: “Azərbaycanlı qanım, inadkarlığım öz biznesimi yaratmağa kömək etmişdir. Axı, azərbaycanlılar böyük diplomatdırlar. Bu keyfiyyət isə uğurlu işgüzar fəaliyyətin əsas amilidir”.

R.Naudinş siyasət aləminə biznesdən gəlmişdir. O, floristika aksessuarlarının, qablaşdırma materiallarının istehsalı üzrə müəssisəyə başçılıq edir. Bu müəssisənin məhsulları Almaniya bazarının 50 faizini əhatə edir.

Ötən ilk dəfə Bakıya səfər edən R.Naudinş təəssüratlarını bölüşərək demişdir: “Çox təsirləndim, çox həyəcanlandım. Axı, ilk dəfə öz tarixi Vətənimə, əcdadlarımın torpağına ayaq basırdım. Azərbaycanın paytaxtı çox gözəldir. Məşhur Azərbaycan qonaqpərvərliyi məni və ailəmi valeh etdi. Evə qayıdanda həyat yoldaşım dedi: “Nağıldan gerçəkliyə”.

R.Naudinş bildirmişdir ki, Azərbaycan qısa tarixi zaman kəsiyində Prezident İlham Əliyevin rəhbərliyi ilə öz dövlət müstəqilliyini qoruyub saxlaya bilmiş, möhkəmləndirmiş və inkşaf etdirmişdir.

R.Naudinşin sözlərinə görə, bir azərbaycanlı kimi onu da Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahat edir. Onun fikrincə, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Latviya naziri demişdir: “Ezamiyyətlərim zamanı mən həmişə xarici həmkarlarıma artıq 20 ildən çox davam edən bu ədalətsizlikdən danışıram”.

R.Naudinş demişdir ki, növbəti dəfə Bakıya artıq ətraf mühitin mühafizəsi və regional inkişaf naziri kimi gələcəkdir: “Bizi su hövzələrinin neft tullantılarından, turş qudronlardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi maraqlandırır. Biz regionlarda vergi sisteminin sadələşdirilməsi, paytaxtın hüdudlarından kənarda kiçik və orta biznesin dəstəklənməsi məsələlərini də müzakirə etmək istərdik”.

Nazir vurğulamışdır ki, Azərbaycan və Latviya iki dost dövlətdir. Əlaqələrimiz yalnız möhkəmlənir. O demişdir: “Mən səfir Elman Zeynalovun rəhbərliyi ilə Azərbaycanın Latviyadakı səfirliyinin ikitərəfli əlaqələrin genişlənməsi sahəsindəki fəaliyyətini vurğulamaq istərdim”.

Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatına da başçılıq edən nazir demişdir: “Latviyada təxminən 2 min azərbaycanlı yaşayır.

əmvətənlərimiz öz köklərini unutmadan bu ölkənin milli ənənələrinə ehtiramla yanaşırlar. Onların çoxu Latviyanın potensialının möhkəmlənməsinə öz töhfəsini verir.”

R.Naudinş sonda demişdir: “Yəqin ki, mən Avropa ölkəsində azərbaycanlı kökləri olan ilk nazirəm. Mən bunu unutmuram və bununla fəxr edirıəm”.