YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzəryanı ölkələr regionun tranzit potensialının inkişafı məsələsini müzakirə edirlər

Beş dövlət rəhbərinin iştirakı ilə Xəzər sammitinə hazırlıq çərçivəsində bu gün Həştərxanda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nəqliyyat qurumları rəhbərlərinin görüşü baş tutacaq.

Xəzər sammiti bu ilin sentyabr ayına planlaşdırılıb. /Trend/

Rusiya Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, nəqliyyat xidmətləri rəhbərlərinin görüşü nazir Maksim Sokolovun rəhbərliyi altında keçiriləcək. Görüşdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində iri nəqliyyat-logistik layihələrin reallaşdırılması üçün Xəzər regionunun inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin sözlərinə görə, aktiv regional diplomatiyası, Xəzər istiqamətində artan ticarəti və zəngin tarixi təcrübəsi sayəsində Həştərxan Xəzəryanı ölkələrin nəqliyyat qurum rəhbərlərinin görüş yeri qismində seçilib.

 

DİGƏR Xəbərlər Arxiv