YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 2017-ci ilin birinci rübündə 4 mln. 867 min 944,75 ton xam neft ixrac edib

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 1 mln. 988 min 124,61 dollar dəyərində 4 mln. 867 min 944,75 ton xam neft ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı statistik hesabatda bildirilir.

Rəqəmlərin təhlili göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan neft nəqlini 10,5% və ya 570 min 9,32 ton azaldıb.

"Qara qızıl"ın nəqlinin azalmasına baxmayaraq, neft gəlirlərində artım müşahidə olunur. Belə ki, arxada qoyduğumuz rüb ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə neft gəlirləri 634 min 734,18 dollar və ya 31,9% çox olub.