YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının IX konfransı keçirilib. Konfransda YAP Siyasi Şurasının üzvləridэт, Milli Məclisin deputatlarından Musa Quliyev və Aydın Hüseynov iştirak ediblər.

Konfransdan öncə Ulu öndər Heydər Əliyev şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül çiçək dəstələri qoyulub.

Konfransı YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov açıb. Sonra M.Bayramov hesabat məruzəsi ilə çıxış edib. O, ötən konfransdan bu günə qədər rayon təşkilatının fəaliyyəti, həyata keçirdiyi tədbirlər, YAP fəallarının rayonun ictimai-siyasi həyatında iştirakı, təşkilata üzv olanların sıralarının genişlənməsi, respublika əhəmiyyətli tədbirlərə verilən dəstək və digər mövzularda geniş məlumat verib. M.Bayramov rayon təşkilatının fəaliyyətini YAP İcra Katibliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirdiyini, verilən tövsiyyələrin daim rəhğər  tutulduğunu vurğulayıb.

Sonra YAP Tovuz rayon təşkilatının nəzarət-təftiş qrupunun sədr müavini Vasif Abdullayevin məruzəsi dinlənilib. Məruzə ətarfında rayon təşkilatı idarə heyətinin üzvü, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, M.Ələkbərov adına məktəbin müəllimi, əməkdar müəllim Fazil Məhərrəmov, rayon təşkilatı şurasının üzvü, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradov, rayon təşkilatı Gənclər Birliyinin sədri Nihad Pənahov, Hunanlar məktəbi ərazi ilk təşkilatının sədri Fərmayıl Cəfərov və rayon təşkilatı Qadınlar Şurasının sədri Aybəniz Dəmirova çıxış ediblər.

Konfrans YAP Tovuz rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib və qarşıdakı dövr üçün fəaliyyət proqramını müəyyənləşdirib.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvləri - Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev və Milli Məclisin deputatı Aydın Hüseynov partiyanın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan bəhs ediblər.

Daha sonra konfransda təşkilatı məsələyə baxılıb, rayon təşkilatının sədri, 35 nəfərdən ibarət şura üzvləri və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçilib. Bayramov Məzahir Əhməd oğlu yenidən YAP Tovuz rayon təşkilatının sədri seçilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçılarının müraciəti qəbul olunub.