YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: IV İslam Həmrəyliyi Oyunları bütün dünyanın diqqət mərkəzində olacaq

«Bu günə qədər ölkəmizdə yüzlərlə beynəlxalq səviyyəli idman tədbiri keçirilib». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu idman yarışları sırasında nüfuz və əhatəliliyi baxımından Birinci Avropa Oyunları öndə gedir. Onun sözlərinə görə, bu kimi tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi, idman sahəsində əldə edilən nailiyyətlər Azərbaycanı bütün dünyada idman ölkəsi kimi tanıdır.

«Bu nailiyyətlər Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində əldə olunub. Qarşıda Azərbaycanı daha bir möhtəşəm idman tədbiri gözləyir. IV İslam Həmrəyliyi Oyunları bütün dünyanın diqqət mərkəzində olacaq. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin dünyada daha da tanınmasına əhəmiyyətli təsir göstərəcək»- deyə, nazir müavini vurğulayıb.