YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstanda səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Gürcüstana səfərə gəlib.

Səfər çərçivəsində QMİ sədri şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya, həmçinin Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, ölkənin Baş naziri Georgi Kvirikaşvili və parlamentinin sədri İrakli Kobaxidze ilə görüşlər keçirəcək.

Şeyxülislam Allahşükür Paşazadənin Gürcüstanda yaşayan azərbaycanlı icmasının üzvləri ilə görüşü də nəzərdə tutulur.