YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Biz bütün sahələr üzrə böyük nailiyyətlər əldə etmişik

«Biz ötən illərdə bütün sahələr üzrə böyük nailiyyətlər əldə etmişik. Bu gün ölkəmizdə dünyanın ən mötəbər tədbirləri keçirilir, Azərbaycan humanitar, sivilizasiyalararası  dialoqların məkanıdır. Burada tolerantlıq, multikultural dəyərlər qorunur və inkişaf edir». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bütün bunların fonunda Avropada multikulturalizm məhv olub, irqçilik, rasizm, ayrıseçkilik genişlənib. Onun sözlərinə görə, bu gün münaqişələr, etnik qarşıdurmalar, terrorizm dünyanın bəlasına çevrilib.

«Belə bir şəraitdə Azərbaycanda sabitlik, əmin-amanlıq  hökm sürür. Biz bununla fəxr edirik və bu sabitliyi, əmin-amanlığı qorumağa hər birimiz məsuliyyət daşıyırıq. Azərbaycanın yeganə problemi torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır. Dövlətimizin qarşısında dayanan əsas vəzifə ərazi bütövlüyümüzün bərpa olunması və qaçqın-məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasıdır. Hazırda Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqlar prosesi gedir. Əgər Ermənistan sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsə bu vəzifəni ordumuz yerinə yetirəcək. Keçən ilin aprel döyüşləri bunu sübut etdi. Ümumiyyətlə,   aprel döyüşləri işğalçı Ermənistana ağır zərbə oldu, düşmən tərəf ordumuzun gücünü gördü. Bu döyüşlər xalqımızda ruh yüksəkliyini daha da artırdı. Xalqımız inanır ki, Prezidentimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.