YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Son illərdə sığorta-pensiya sahəsində şəffaflığın təmin olunması istiqamətində önəmli addımlar atılıb

«Son illərdə sığorta-pensiya sahəsində optimal icra mexanizminin yaradılması, şəffaflığın təmin olunması və ədalət prinsipinin gözlənilməsi üçün önəmli addımlar atılıb». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, vətəndaşların əmək müqavilələrini vaxtında rəsmiləşdirmələri onların gələcəyi üçün böyük üstünlüklər qazandırır. Onun sözlərinə görə, fərdi hesaba malik hər bir şəxs özünün gələcək pensiya kapitalı haqqında geniş məlumat almaq imkanına da malikdir.

«“Respublikamızda “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər vasitəsilə vətəndaşlara sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən onlayn qaydada faydalanmaq imkanları yaradılıb. Vətəndaşların əmək müqavilələrini vaxtında rəsmiləşdirmələri onların gələcəyi üçün böyük üstünlüklər qazandırır»- deyə,  R.Əliyev vurğulayıb.