YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Dövlətimiz hazırda münaqişəni diplomatik yolla həll etməyə üstünlük verir

«2017-ci il ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirib». Bu fikri Milli  Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək gücündədir. Onun sözlərinə görə, dövlətimiz hazırda münaqişəni diplomatik yolla həll etməyə üstünlük verir.

«Bütövlükdə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın inamlı, cəsarətli addımları münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapacağına dair böyük ümidlər yaradıb. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə qətiyyətli siyasət həyata keçirilir»- deyə, S.Qafarova qeyd edib.