YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan cari ilin birinci rübündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal siyasət həyata keçirib

«Azərbaycan cari ilin birinci rübündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal siyasət həyata keçirib». Bu fikri  Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirb ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyəli mövqe nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan həm ötən il aprel döyüşləri zamanı əldə etdiyi şanlı qələbə ilə, həm də diplomatik müstəvidə qazandığı üstünlüklə bir daha Ermənistana bu mesajı verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradıla bilməz.
«2017-ci ilin birinci rübündə - yanvar ayının 24-də Prezident İlham Əliyev tərəfindən “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamın imzalanması xüsusi qeyd edilməlidir. Dövlət başçısının Sərəncamı məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışının mühüm bir göstəricisidir. Bu Sərəncam bir daha təsdiqləyir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad edəcək və insanlar öz doğma yurdlarına qayıdacaqlar. Bu istiqamətdə artıq əməli addımlar atılır. Azərbaycanın uğurlu xarici siyasəti, prinsipial mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün etibarlı zəmin formalaşdırır»- deyə, E.Məmmədov vurğulayıb.