YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub

«Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır». Bu fikri yap.org.az saytına Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, may ayında ölkəmiz növbəti nüfuzlu beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçrilən beynəlxalq idman tədbiridir.

«Bu yarışlarda İslam Əməkdaşliq Təşkilatına üzv olan ölkələrdən olan idmançılar iştirak edir. İlk dəfə bu oyunlar 2005-ci ildə aprel ayının 5-20-ə kimi Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçrilib.Yarışlarda 55 dövlətdən 6000 idmançı 15 idman növü üzrə medallar uğrunda mübarizə aparmışlar. 2-ci İslam Həmrəylik Oyunları əvvəl 2009-cu ildə İranda keçrilməsi planlaşdırılırdı, amma sonra tarix 2010-cu ilin aprel ayına dəyişdirildi. 3-cü İslam Həmrəylik Oyunları 2013-cü ilin sentyabr ayının 12-dən 22-ə  kimi İndoneziyada Palembanq şəhərində keçrilib. Yarışlarda 44 ölkəni təmsil edən 1769 idmançı 13 idman növü üzrə yarışıb. IV İslam Həmrəyliyi Oyunları isə 2017-ci ildə may ayının 12-dən 22-ə kimi Azərbaycanın paytaxtı Bakı şəhərində keçriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000 yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Bu barədə qərar 2014-cü ilin 24 iyul tarixində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Asambliyasında qərar qəbul edilib. Bu qərar Azərbaycanda böyük razılıq hissi ilə qarşılanıb. Bu mühüm hadisə bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. İslam aləmində özünəməxsus mövqeyə malik olan Azərbaycanın mövcud potensialı, həyata keçrilən müasir infrostruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün şərait yaradır»- deyə, R.Əliyev vurğulayıb.