YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Bakıya gələcək

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falih aprelin 25-27-də Azərbaycana səfər edəcək.

Azərbaycanın Energetika Nazirliyindən bildirilib ki, energetika naziri Natiq Əliyev bu səfəri enerji əməkdaşlığında mühüm hadisə kimi qiymətləndirib, Xalid Əl Falihlə OPEC çərçivəsində keçirilən tədbirlərdə sıx təmasda olduğunu və Bakı görüşünün əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar nazirinin Bakıya səfər çərçivəsində Azərbaycanın energetika naziri Natiq Əliyev, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov və SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüşləri nəzərdə tutulur. Xalid Əl Falihin öz istəyinə uyğun olaraq Bibiheybətə və Səngəçal neft terminalına baş çəkməsi də səfər proqramına daxil edilib.