YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan bu gün ayaqda möhkəm dayanır

“Bu gün bizim neftimiz xalqımıza xidmət edir, dövlətimizi gücləndirir. Bax, bütün bu ərazi hələ də neft buruqları ilə doludur və birinci quyu da burada qazılmışdır. Bu ərazinin fotoşəkilləri, videogörüntüləri var. Onlar yaxın tarixin görüntüləridir. Bura ekoloji fəlakət zonası idi. Hər tərəfdə neft gölməçələri, köhnə buruqlar var idi, ərazi neftlə çirklənmişdi. İndi bu ərazi şəhərimizin ən abad yerlərindən birinə çevrilibdir. Yəni, biz neftdən gələn gəliri ölkəmizin inkişafına yönəltdik, insan kapitalına, infrastruktur layihələrinə qoyduq və bu gün neft Azərbaycan xalqının inkişafını təmin edir. Bax, müstəqillik budur və 25 il müstəqil dövlət kimi yaşayan Azərbaycan bu gün ayaqda möhkəm dayanır. Neft bizim təbii sərvətimizdir, xalqımızın böyük sərvətidir, biz də ondan istifadə edib ölkəmizi inkişaf etdiririk.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olarkən bildirib.