YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Valyuta dəyişmə fəaliyyəti xarici turistlərə daha çevik xidmətin göstərilməsi məqsədi daşıyacaq

«Son 1 il ərzində ölkədə maliyyə sabitliyinin və makroiqtisadi sabitliyin təmini yönümündə atılan addılmlaq öz nəticəsini vermiş və maliyyə bazarlarında sabitlik hökm sürməkdədir. Həm 2016-cı ildə, həm də 2017-ci ilin 1-ci rübündə ölkədə istehsalın və ixracın həcmi artmış, valyuta ehtiyatları yüksəlib və iqtisadiyyatın müxtəlif sahələrində canlanma yaranıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, turistlər üçün viza prosedurlarının sadələşdiriməsi, elektron viza sisteminin tətbiqi, ölkədə sabitliyin hökm sürməsi xarici turst axınını gücləndirib və 2017-ci ilin 1-ci rübündə turst axınınıda 25%-lik artım qeydə alınıb. Onun sözlərinə görə, həm ixracın artımı, həm də xarici turst axınınn artımı ölkəyə xarici valyuta daxil olmasını da artırıb.

«2016-cı ildə xarici turistlər Azərbaycanda 2.7 milyard dolllar vəsait xərcləmişlər. 2017-ci ildə xarici turist axınının daha da güclənməsi proqnozlaşdırılır. Bu həm ölkəmizdə keçiriləcək müxtəls beynəlxalq tədbirlərin, həm də xaricdə aparılan güclü təbliğatın nəticəsində olacaqdır. Xarici turistlərə xidmətin daha da keyfiyyətli və çevik olması bu sahənin əsas tələblərindən biridir. Bu baxımından ölkədə valyuta mübadiləsi fəaliyyətinin təşkili ilə bağlı “Valyuta tənzimi haqqında qanuna” edilən dəyişiklər həm turizm sahəsini tələblərindən irəli gəlir, həm də beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatı ilə bağlı tərtib etdiyi reytinqlərə müsbət təsir edəcəkdir. Valyuta dəyişmə fəaliyyəti sırf xidmət fəaliyyəti prizmasından baxılaraq xarici turistlərə daha çevik xidmətin göstərilməsi məqsədi daşıyacaqdır. Bu fəaliyyətin təşkili həm də yeni iş yerlərinin açılmasını şərtləndirəcəkdir. Valyuta dəyişmə fəaliyyətinə dövlət tənzimləməsinin həyata keçirilməsi məqsədilə tələblər hazırlanıb. Hesabatlılığın, şəffaflığın təmini və qanundan kənar fəliyyatin qarışısının alınması üçün qanunda müxtəlif tənzimləmə metodları da əks olunub»- deyə, T.Mirkişili qeyd edib.

DİGƏR Xəbərlər Arxiv