YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Tikinti sektorunda qeyri-rəsmi məşğulluq aradan qaldırılacaq

Yaxın vaxtlarda tikinti sahəsində qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar ciddi layihə hazırlanacaq.

Bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında məlumat verib. Bildirib ki, ölkədə əmək münasibətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulur. Bununla əlaqədar xüsusi komissiya yaradılır. Bu komissiyanın qarşısında qoyulan əsas vəzifələrdən biri də qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən insanların məşğul işçilər statusuna qaldırılmasıdır.

Baş nazirin sözlərinə görə, qeyri-rəsmi məşğulluq özünü daha çox tikinti sektorunda göstərir. Bugünkü görüş zamanı həmin məsələ ətrafında fikir mübadiləsi aparıldı. Yaxın zamanlarda bununla bağlı layihə hazırlanacaq və qeyri-rəsmi məşğulluq aradan qaldırılacaq.

Ə.Əhmədov qeyd edib ki, qeyri-rəsmi məşğulluq faktiki olaraq işçilərin bir sıra öhdəlikləri yerinə yetirməkdən yayınmasına gətirib çıxarır. Onlar vergilərdən, sosial ödənişlərdən yayınırlar. “İnanıram ki, tikinti sektorunda çalışan şirkət rəhbərləri ilə bugünkü görüşümüz müsbət nəticə verəcək. Biz gözləyirik ki, bütün işçilər əmək münasibətlərini rəsmiləşdirərək qeydiyyatdan keçəcəklər”, - deyə Baş nazirin müavini vurğulayıb.