YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” sahiblərinə təqdim olunub.

Rəyasət Heyətinin qərarına əsasən, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.

Həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsi sahəsində xüsusi xidmətlərinə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, professor Robert Hoylanda da “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” verilib.