YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu xətti iyunun sonunda istifadəyə veriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti iyun ayının sonunda istifadəyə veriləcək.

Bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

"Layihə uğurla icra edilir. BTQ iyunun sonunda istifadəyə veriləcək. Həm Çindən, həm də Qazaxıstan və Türkmənistandan xüsusilə də Azərbaycan və Gürcüstan üzərindən Mərkəzi Asiyadakı yük hərəkəti Qarsdan Türkiyənin qərbinə və oradan da Avropaya gedəcək. Bu hərəkətin orta dəhlizini tamamlayacaq olan Bakı-Tbilisi-Qars layihəsi bizim üçün çox vacib idi", - deyə nazir bildirib.