YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞ PA-nın monitorinq komitəsinin həmməruzəçisi Azərbaycanın mədəni irsinin məhv edilməsi məsələsini öyrənəcək

Avropa Şurası Parlament Assambleyasının monitorinq komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycanın mədəni irsinin məhv edilməsi ilə bağlı materialları tədqiq edəcək.

Bunu S.Şennak AŞ PA-nın yaz sessiyasındakı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələ ilə bağlı çoxlu sənədlər təqdim edib. S.Şennak bu materialları tədqiq etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, aprelin 24-dən 28-dək Strasburqda AŞ PA-nın yaz sessiyası keçirilir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu müddətdə Azərbaycana dəyən ziyan 819,15 milyard dollar həcmində dəyərləndirilir.