YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Çempionluq yoluna həsr olunan mərasimdə qonaqlar möhtəşəm xoreoqrafiya nömrələri ilə müşayiət olunan "Gəlin çempionlara baxaq və çempion olaq" adlı parlaq kompozisiyaya baxa bilərlər.

Kompozisiyada bədii gimnastika, akrobatika və aerobika gimnastikasını təmsil edən müxtəlif yaş qruplarından idmançılar iştirak ediblər.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 92 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.