YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin İsmayılov: AŞPA müsəlman dövlətlərinə qarşı ikili standartlarla çıxış edir

«Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qərarı təşkilatda islamofob meyllərin gücləndiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir». Bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, Türkiyədə keçirilən referendumun nəticələri və insanların bu referendumu dəstəkləməsi Avropanı qıcıqlandırıb. Onun sözlərinə görə, müəyyən dairələr Türkiyə hökumətinə və dövlətinə müxtəlif təzyiqlər göstərməyə çalışırlar.

«Təbii ki, Türkiyə regionun ən güclü dövlətlərindən biridir. Rəsmi Ankara regionda baş verən proseslərə bilavasitə təsir göstərə bilir. Bu  regionda hazırda çox gərgin vəziyyət hökm sürür. Türkiyə dövləti bu proseslərdə yaxından iştirak edərək öz dövlətçilik mövqeyində olduqca düzgün mövqedən çıxış edir. Türkiyə demokratik bir dövlətdir. Orada baş verən proseslər, ölkənin siyasi həyatı Azərbaycanın siyasi həyatı ilə çox bağlıdır. Türkiyə bizim ən yaxın tərəfdaşımızdır. Təbii ki, biz yaxın tərəfdaş, qardaş ölkə olaraq AŞPA-nın belə bir qərarını pisləyirik»- deyə, deputat qeyd edib.