YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Ölkəmizdə əmək münasibətlərinin tənzimlənməsinə güclü siyasi iradə nümayiş etdirilir

«Azərbaycanda həyata keçirilən dövlət siyasətində sosial sferanın prioritetliyi davamlı olaraq təmin edilir». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, dövlətin siyasəti nəticəsində respublika miqyasında geniş sosial layihələr icra edilir. Onun sözlərinə görə, bu layihələr insanların yaşayış səviyyəsinin yüksəlməsinə, sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

«Bu baxımdan 2017-ci il də istisna deyil. İlin əvvəlindən Azərbaycanda bilavasitə insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn bir sıra yeni təşəbbüslər irəli sürülüb, o cümlədən Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında müvafiq sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamda isə ölkə vətəndaşlarının sosial müdafiəsinin daha dolğun şəkildə təmin olunmasına, fəal məşğul əhalinin perspektivdə qanunvericiliklə nəzərdə tutulan hüquqlardan və sosial imtiyazlardan istifadə etmələrinə hüquqi əsaslar yaradan tədbirlərin geniş spektri öz əksini tapıb. Bütün bunlar göstərir ki, ölkəmizə dövlət tərəfindən sosial siyasətin mühüm istiqaməti kimi əmək münasibətlərinin tənzimlənməsinə güclü siyasi iradə nümayiş etdirilir»- deyə, S.Hüseynova qeyd edib.