YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərgiz Paşayeva: Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti Azərbaycan elmi üçün böyük hadisədir

Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyət göstərməsi Azərbaycan elmi, ictimai fikri və mədəni tarixi üçün böyük hadisədir.

Bu sözləri jurnalistlərə müsahibəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva deyib.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görüldüyü üçün minnətdarlığını bildirən professor Nərgiz Paşayeva gərgin əməyə verilən qiymətin əvəzsiz olduğunu vurğulayıb. O deyib: “Bu mükafat tək bizim adımızla deyil, Azərbaycanda yaşayan 9 milyondan çox insanın, dünya azərbaycanlılarının qürur mənbəyi olan Nizami Gəncəvinin adı ilə bağlıdır. Ona görə də bu, böyük bir hadisədir”.

Mərkəzin fəaliyyətinin gələcək nəsillər üçün önəmli töhfə olduğunu diqqətə çatdıran Nərgiz Paşayeva bu cür qurumların yaradılmasının yeni ideyalara yol açdığını, insanları ruhlandırdığını bildirib. Professor Nərgiz Paşayeva vurğulayıb ki, aqillik və Nizami Gəncəvi adına bu dəyərli mükafat naminə işlərimizdə məsuliyyəti bir az da artırıb gələcəkdə bütün ümidləri doğrultmağa çalışacağıq.