YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycanın qara qızılı insan kapitalına sərmayə kimi qoyulub

“Azərbaycanın qara qızılı insan kapitalına sərmayə kimi qoyulub. Bunu mən hələ 2003-cü ildə demişdim ki, neft bizim üçün məqsəd deyil, vasitədir. Biz neftin hesabına ölkəmizi gücləndirməliyik, inkişaf etdirməliyik, neftdən əldə olunan gəliri insan kapitalına sərmayə kimi qoymalıyıq. Biz bu gün bunu əyani şəkildə görürük. Azərbaycanın uğurlu neft siyasəti bu gün demək olar ki, bütün sahələrə öz müsbət təsirini göstərib, o cümlədən təhsil sahəsinə. Son illər ərzində ölkəmizdə yaradılmış yeni təhsil müəssisələri bu gün məhz bunun hesabına fəaliyyət göstərir. İnvestisiya, maddi imkanımız olmasa idi, istəyimiz olsa belə bütün bu işləri görmək çətin ola bilərdi. Biz neftdən əldə olunan gəlirlərdən çox səmərəli şəkildə istifadə etdik. Ölkəmizi gücləndirdik, yeni infrastruktur yaratdıq, bütün şəhərlərimiz abadlaşdı, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrildi. Bütün bölgələrdə quruculuq-abadlıq işləri uğurla gedir. Bu gün Azərbaycan iqtisadiyyatı daha çox qeyri-neft sektoru hesabına inkişaf edir. Əgər son illərin statistikasına nəzər salsaq görərik ki, bu gün Azərbaycan iqtisadiyyatının əsas təkanverici qüvvəsi qeyri-neft iqtisadiyyatıdır.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında çıxışı zamanı səsləndirib.

DİGƏR xəbərlər Arxiv