YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tədbirləri BMT televiziyası ilə canlı yayımlanacaq

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun (ÜMDF) yüksək səviyyəli tədbirləri BMT tərəfindən həm onların televiziyası, həm də internetdə canlı yayımlanacaq. Bu ilk hadisədir ki, bilavasitə BMT-nin tədbiri olmasa da BMT vasitəsilə canlı yayım təmin ediləcək.

Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ÜMDF-nin Təşkilat Komitəsi və beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə deyib.

O bildirib ki, Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.