YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan gəncləri hər zaman Heydər Əliyev siyasətini dəstəkləyib

«Bu gün respublikamızda elə bir sahə yoxdur ki, orada Ümummilli lider Heydər Əliyevin xeyir-duası olmasın. Bütövlükdə, müasir Azərbaycan dövləti Ulu öndərin şah əsəridir». Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Azərbaycan gəncləri hər zaman Heydər Əliyev siyasətini dəstəkləyib. Onun sözlərinə görə, bu gün hər bir gənc fəxr edir ki, Azərbaycan məhz əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasət nəticəsində güclü, nüfuzlu bir dövlətə çevrilib”.

«Müasir gənclərimiz gələcək fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəkliklərə qaldıracaqlar. Çünki dövlət tərəfindən gənclərə böyük diqqət və qayğı göstərilir»- deyə, F.Muradov qeyd edib.