YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: İnsan hüquqları faktoru Azərbaycanın inkişafının əsasında dayanan amillərdən biridir

«Azərbaycan sosial və iqtisadi sahədə böyük uğurlar əldə edib. İnsan hüquqları faktoru da Azərbaycanın inkişafının əsasında dayanan amillərdən biridir». Bu fikirləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

E.Süleymanova  bildirib ki, ölkəmizdə insan hüquqlarının təminatı istiqamətində ardıcıl işlər aparılıb və bu yöndə böyük uğurlar əldə edilib. Onun sözlərinə görə, bu yöndə həm milli qanunvericilik təkmilləşdirilib, həm də beynəlxalq konvensiyalara qoşulmuşuq.

«Azərbaycan insan hüquqlarının təmin olunması istiqamətində böyük inkişaf mərhələsi keçib. Bu istiqamətdə ardıcıl, sistemli iş aparılıb. Bütün bunların məqsədi Azərbaycanda insanlar üçün daha rahat və yüksək həyat şəraiti təmin etmək olub. Azərbaycan çoxsaylı beynəlxalq konvensiyalara qoşulub. Ölkəmizdə insan hüquqlarının səmərəliliyinin artırılmasında müvafiq işlər davam etdirilir. Azərbaycanın BMT-nin dayanıqlı inkişaf məqsədləri  proqramına qoşulması insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Bu işdə vətəndaş cəmiyyətinin rolu da xüsusi qeyd edilməlidir. Biz vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edirik və bundan sonra da bu əməkdaşlıq davam edəcək»- deyə, Ombudsman vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv