YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: Bu tədbirlər sivilizasiyalar arasında dialoqun güclənməsinə xidmət edir

«Müasir dövrdə beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslər və mövcud reallıqlar sivilizasiyalararası dialoqun təşviqi və inkişafının böyük əhəmiyyətə malik olduğunu göstərir. Ümumiyyətlə, sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioriteti kimi müəyyənləşdirilməlidir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı  Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, hazırda dünya miqyasında, eləcə də beynəlxalq münasibətlər sistemində sivilizasiyalararası toqquşma, qarşıdurma meyilləri müşahidə edilir. Onun sözlərinə görə, belə bir şəraitdə mədəniyyətlər və sivilizasiyalararası dialoq məsələsinin aktiv müzakirə predmetinə çevrilməsi zərurətdir.

«Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu mənada bu gün öz işinə başlayan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Bütövlükdə, bu kimi tədbirlər sivilizasiyalar arasında dialoqun güclənməsinə xidmət edir və bu prosesdə Azərbaycanın fəallığı ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırır»- deyə, S.Əliyeva qeyd edib.