YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrailin Azərbaycandakı səfiri: Azərbaycanda olan tolerantlıq və insansevərlik ab-havası dünyanın bütün ölkələrinə nümunə ola bilər

Azərbaycanda olan tolerantlıq və insansevərlik ab-havası dünyanın bütün ölkələrinə nümunə ola bilər. Bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında bildirib. /Trend/

Onun fikrincə, buna sübut kimi yəhudilərin Azərbaycanda necə yaşamasını göstərmək olar.

Səfir həmçinin hazırda Azərbaycanla İsrail arasında əlaqələrin inkişaf etdirilməsi üçün işlər aparıldığını qeyd edib: "Azərbaycanla İsrail arasında bir çox sahələrdə olan əlaqələr çox mükəmməl və möhkəmdir. Hər iki ölkə tərəfindən bu əlaqələrin daha da möhkəmləndirilməsi və daha çox sahəni əhatə etməsi ilə bağlı böyük işlər görülür".

R.Harpaz onu da əlavə edib ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı yəhudi əsilli Albert Aqarunovun doğum günün münasibətilə anım tədbirinin bu səviyyədə qeyd olunması yəhudi icmasının Azərbaycanda necə yaşadığını, eləcə də Azərbaycandan getmiş yəhudilərin Azərbaycanla hələ də əlaqəsi olmasını bir daha göstərir.