YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin işğalçılıq siyasəti bu ölkənin tam süqutuna və məhvinə gətirib çıxaracaqdır

Azərbaycana düşmən münasibəti bəsləyən Ermənistan prezidenti Serj Sarkisyanın “armnews” informasiya agentliyinə müsahibəsində dövlətimizin və xalqımızın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər heç bir təsir qüvvəsinə malik deyildir. Bu, Sarkisyanın özünün də inanmadığı, erməni xalqının sevdiyi bir nağıl və fərziyyədir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xocalıda, Dağlıq Qarabağın digər kənd və qəsəbələrində, o cümlədən ətrafdakı yeddi rayonun yaşayış məntəqələrində cinayətlər törətmiş, əli günahsız insanların qanına batmış bu cani ən yaxın zamanda Azərbaycan xalqı və beynəlxalq ədalət məhkəməsi qarşısında bütün məsuliyyəti ilə mütləq cavab verəcəkdir. Azərbaycan dövləti öz torpaqlarını, Dağlıq Qarabağı erməni separatçılarından təmizləmək və ərazi bütövlüyünü bərpa etmək niyyətindədir.

S.Sarkisyanın dediyi ballistik raketlərə gəlincə isə, qətiyyətlə bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin sərəncamındakı hərbi texnikanı Azərbaycanın malik olduğu ən müasir silah və texnika ilə heç cür müqayisə etmək olmaz. Ermənistan ordusunun keçmiş sovet dövründən qalma, nasaz, köhnəlmiş silah-sursatı, o cümlədən, maye yanacaqla işləyən “Skad” tipli raketlər nəinki hər hansı bir obyekti məhv etmək, heç havaya qalxmaq imkanına belə malik deyildir.

Əgər Ermənistan ölkəmizə qarşı hərbi əməliyyatlara əl atarsa, o zaman ən yeni, müasir və yüksək dəqiqliyə malik silahlarla təchiz olunmuş Azərbaycan ordusu Ermənistan ərazisindəki istənilən hərbi infrastrukturu və strateji obyektləri darmadağın edəcəkdir.

S.Sarkisyanın müsahibəsində söylədiyi fikirlər Ermənistan dövlətinin və onun cinayətkar hərbi-siyasi rejiminin işğalçılıq siyasətindən əl çəkmədiyinə əyani sübutdur. Bu isə Ermənistan dövlətinin tam süqutuna və məhvinə gətirib çıxaracaqdır.