YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir

“2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir, Azərbaycan inkişaf edir. Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və bizdə olan sabitlik xalqın iradəsinə əsaslanır. Sabitliyin mənbəyi də Azərbaycan xalqının iradəsidir. 2003-cü, 2008-ci, 2013-cü illərdə keçirilmiş prezident seçkiləri bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi. Keçən il keçirilmiş referendum da Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən dəstəkləndi. Bu gün xalq-iqtidar birliyi ən yüksək səviyyədədir və sabitliyin əsasını qoyan, bax, bu amillərdir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdəki nitqində səsləndirib.