YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarına start verilib

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarına start verilib.

“Baku Crystal Hall”da təşkil olunan yarışlarda 27 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparır.

Boks yarışlarının ilk günündə 60 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində boksçular mübarizə aparırlar.

Yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) çıxacaq. Mübarizəyə dörddəbir finaldan qoşulacaq M.Məcidov Qazaxıstan boksçusu Nurlan Saparbaya qarşı çıxış edəcək.

Yarışların idarə edilməsində ölkəmizi Mehman Mürsəlov təmsil edir.

Mayın 13-də səkkizdəbir finalda rinqə çıxacaq Məsud Yusifzadənin (52 kq) ilk rəqibi türkiyəli Ömər Koç olacaq. Kamran Şahsuvarlı (75 kq) Qayana təmsilçisi Desmond Amsterdam, Rauf Rəhimov (81 kq) isə malayziyalı Hafidz Adli Mohd ilə qarşılaşacaqlar.

Altmış kiloqram çəki dərəcəsində yarışa dörddəbir finaldan başlayacaq Cavid Çələbiyev (60 kq) Yoel Volliamson (Qayana) - Hakan Doğan (Türkiyə) duelinin qalibi ilə qarşılaşacaq. Tamerlan Abdullayev (69 kq) isə səkkizdəbir finalda Muhemmetmirat Sahedov (Türkmənistan), Teymur Məmmədov (91 kq) isə dörddəbir finalda Sardorbek Beqaliyev (Özbəkistan) ilə üz-üzə gələcək.

Mayın 15-də 49 kiloqram çəki dərəcəsində boksçuların yarışına dörddəbir finaldan başlayacaq Rüfət Hüseynov Tolqahan Öztürk (Türkiyə) - Omid Əhmadisafa (İran) qarşılaşmasının qalibi, Tayfur Əliyev (56 kq) Taoufik Kaçfi (Mərakeş) ilə rinqə çıxacaq.

Mayın 16-da isə Elvin İsayev (64 kq) dörddəbir finalda Aliyor Noraliyov (Özbəkistan) ilə münasibətlərə aydınlıq gətirəcək.

Finallar isə mayın 18-də olacaq.