YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Gənclər və idman naziri: Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq

Azərbaycan IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, çox gözəl idman oyunlarına ev sahibliyi edir.

Bunu jurnalistlərə Türkiyənin Gənclər və idman naziri Akif Çağatay Kılıc deyib.

IV İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəldiyini deyən nazir bildirib ki, V İslam Həmrəyliyi Oyunları da İstanbulda keçiriləcək: "Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq. Yüksək şəkildə keçiriləcək açılış mərasimini hamımız birlikdə izləyəcəyik. Daha sonra - 2021-ci ildə isə İstanbulda V İslam Həmrəyliyi Oyunları keçiriləcək".