YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Bu gün iqtisadi inkişafımız uğurla davam edir

«Heydər Əliyev siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olub, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilib». Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradıb. Onun sözlərinə görə, genişmiqyaslı işlər nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, dünya birliyində öz layiqli yerini tutub.

«Ulu öndər Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilməsi nəticəsində bu gün də sürətli iqtisadi inkişaf davam edir və ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır», - deyə Z.Səmədzadə qeyd edib.