YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: IV İslam Həmrəyliyi Oyunları bir daha Azərbaycanın dünyada tanıtımı olacaq

“Azərbaycanda bütün sahələrdə olduğu kimi idmana da yüksək dövlət qayğısı mövcuddur». Bu fikri Milli Məclisin deputatı  Elşən Musayev deyib.

E.Musayev bildirib ki, Bakıda IV İslam Həmrəliyi Oyunlarının keçirilməsi də ölkəmizdə idmanın inkişafının əyani göstəricisidir. Onun sözlərinə görə, bu oyunlar dünyanın, xüsusilə müsəlman ölkələrinin diqqətindədir.

«IV İslam Həmrəliyi Oyunlarının yüksək səviyyədə keçiriləcəyi şübhəsizdir. Belə mötəbər tədbirlərə ev sahibliyi etmək baxımından Azərbaycanın böyük təcrübəsi var. Bu mənada ölkəmiz bu mötəbər beynəlxalq iman tədbirinə sona qədər yüksək səviyyədə ev sahibliyi edəcək. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunları bir daha Azərbaycanın dünyada tanıtımı olacaq»- deyə, E.Musayev qeyd edib.