YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışı başlayıb

Mayın 13-də Azərbaycan Ağır Atletika Akademiyasında IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarına start verilib. Yarışda 21 ölkədən 130 atlet birincilik uğrunda mübarizə aparır. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan Oyunlarda 8 kişi və 8 qadın atletlə təmsil olunur.

Yarışın birinci günündə üç çəki dərəcəsində Azərbaycanın dörd idmançısı mübarizəyə qoşulub. Kişilərin mübarizəsində 56 kiloqram çəki dərəcəsində Elmar Alıyev gücünü sınayır. Qadınların yarışında isə Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova və Gülçin Əlizadə (hər ikisi 53 kq) mübarizəyə qoşulublar.