YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı 2014-cü ilin döyüş hazırlığı planına əsasən avqustun 13-də Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər zamanı qoşunların yüksək döyüş hazırlığı dərəcəsinə gətirilməsi, mühüm dövlət və hərbi obyektlərin, quru qoşunları qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi üzrə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdiriləcəkdir.

Təlimlərdə həmçinin aeorodinamik, eləcə də qanadlı və ballistik raketləri imitasiya edən təlim hədəflərinə döyüş atışları həyata keçiriləcəkdir.