YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Piter Teys: Bakıdakı İslamiada mədəniyyətlərarası dialoqu möhkəmləndirir

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları eyni arenada çox sayda müxtəlif xalqların nümayəndələrinin bir arada toplamağın gözəl nümunəsidir və bu idman tədbiri mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə kömək edir.

Bunu Trend-ə ABŞ-ın Markett Universiteitinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib.

O qeyd edib ki, yarışlar çərçivəsində İndoneziya, Türkiyə, Özbəkistan, eləcə də müxtəlif ölkələrin idmançıları öz güclərini göstərmək və ölkələrinə qızıl, gümüş, bürünc medallar aparmaq imkanları qazanıblar.

P.Teys vurğulayıb ki, Azərbaycan böyük tədbirlərin təşkilində əla bacarığını artıq çoxdan göstərib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.