YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üzgüçülük üzrə yarımfinal və final yarışlarına start verilib

Mayın 15-də Bakı Su İdman Sarayında üzgüçülük yarışlarının müxtəlif növləri üzrə yarımfinal və final mərhələlərinə start verilib.

Əvvəlcə kişilər arasında 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının yarımfinal görüşləri keçirilir.

Sonra kişilər və qadınlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışlarında yarımfinal olacaq.

Bundan əlavə, qadınlar arasında 100 və 1500 metr məsafəyə sərbəst üsulla üzmə, qadınlar arasında 200 metr, kişilər arasında 100 metr məsafəyə arxası üstə üzmə, kişilər arasında 400 metr məsafəyə kompleks üsulla üzmə, qadınlar arasında 200 metr məsafəyə batterflay üsulla üzmə və kişilər arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışlarının final mərhələsi keçiriləcək.

DİGƏR Xəbərlər Arxiv