YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Azərbaycanda IV İslam Həmrəylik Oyunları yüksək səviyyədə keçirilir

«Azərbaycanda IV İslam Həmrəylik Oyunları yüksək səviyyədə keçirilir. Hər birimiz bu oyunların möhtəşəm açılış mərasimində iştirak edərək bir daha ölkəmizin gücünü-qüdrətini, Azərbaycan Prezidentinin bu sahədə apardığı siyasətin bariz nümunəsini, o cümlədən  Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə  təşkil olunan yarışların başlanmasını gördük». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov  deyib.

 S.Novruzov bildirib ki,  Azərbaycan yeganə ölkədir ki, bu yarışlarda 57 ölkədən 54-ü iştirak edir. Onun sözlərinə görə, yarışlar olimpiya səviyyəsindən daha yüksək səviyyədə keçirilir.

«Bu, Azərbaycanın idmana, islam həmrəyliyinə mənəvi dəyərlərə  olan hörmətinin bariz nümunəsidir. İdmançılarımız bu yarışlarda uğurlu çıxış edərək ölkə bayrağımızı yüksəkliklərə qaldırır, qızıl  medallara sahib olurlar. Hesab edirəm ki, Azərbaycan I Avropa Oyunları və digər beynəlxalq yarışlarda olduğu kimi, bu yarışlarda da qalib olacaq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.