YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi “Azərbaycan silahlı qüvvələri provokasiyalara məruz qaldı” başlıqlı bəyanat yayıb

Cari ilin 1 avqust tarixindən etibarən Almaniya mətbuatında Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin intensiv pozulması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsinə dair gündəlik məlumatlar dərc olunur. Mətbuatın diqqətini nəzərə alaraq Azərbaycanın Almaniyadakı səfirliyi “Azərbaycan silahlı qüvvələri provokasiyalara məruz qaldı” başlıqlı bəyanat yayıb. Bəyanatda cəbhə bölgəsində baş verən hadisələrə dair XİN-in Mətbuat Xidmətinin yaydığı məlumata istinad edilib və XİN-in internet səhifəsindən həmin məlumatın linki verilib.

Bəyanatın sonunda Dağlıq Qarabağ bölgəsi və münaqişəsi haqqında qısa arayış verilir.