YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səudiyyə Ərəbistanı Şahzadəsi: “Bakı-2017” İslam həmrəyliyi üçün böyük əhəmiyyətə malikdir

Səudiyyə Ərəbistanı Krallığı IV İslam Həmrəyliyi Oyunlarında 200 nəfərdən ibarət böyük nümayəndə heyəti ilə təmsil olunur. İdmançılarımız bu Oyunlara yüksək əzmkarlıqla hazırlaşıblar. IV İslam Həmrəyliyi Oyunlarının İslam həmrəyliyi üçün çox böyük əhəmiyyəti var. Bu Oyunlar idman vasitəsilə müsəlman ölkələrini bir araya gətirib, onları bu yarışlar ətrafında birləşdirib.

Bu sözləri Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti, şahzadə Əbdülhəkim bin Müsaid Al Səud deyib.

Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını çox yüksək səviyyədə təşkil etdiyini söyləyən Şahzadə İslam həmrəyliyinə böyük töhfə verən bu addıma görə ölkəmizə minnətdarlığını bildirib. O deyib ki, Oyunlarda əsas məqsəd müsəlman xalqları arasında həmrəyliyin və yaxınlığın əldə edilməsidir. Ona görə də bu Oyunlar İslam həmrəyliyini müxtəlif sahələrdə olduğu kimi, idman sahəsində də gücləndirəcək.

Prezident İlham Əliyevin İslam Oyunlarının keçirildiyi bu ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini dövlət başçısının bu məsələyə göstərdiyi diqqəti əks etdirdiyini deyən Əbdülhəkim bin Müsaid Al Səud bunun təqdirəlayiq təşəbbüs olduğunu vurğulayıb. Azərbaycan Prezidentinin bu təşəbbüsünün İslam ölkələrinin birliyində mühüm rol oynayacağını bildirən Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin vitse-prezidenti bu Oyunların müsəlman ölkələri arasında qardaşlıq tellərinin gücləndirilməsinə böyük töhfə verəcəyini vurğulayıb.